Yevlaxda "İslamda insan həyatının dəyəri" mövzusunda tədbir keçirilib
15 iyul 2022, 07:59

İyulun 15-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Müdafiə Nazirliyi arasında təsdiqlənmiş Tədbirlər Planına uyğun olaraq Yevlax rayonunda yerləşən "N" saylı hərbi hissədə "İslamda insan həyatının dəyəri" mövzusunda tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin müdiri Natiq Əfəndiyev, "N" saylı hərbi hissənin İdeoloji iş və mənəvi pisxoloji təminat bölməsinin rəisi Sakin Yediyarov, hərbi hissənin şəxsi heyəti və Yevlax şəhər “Cümə” məscidinin imamı Eldəniz Əhmədov iştirak edib. 

Öncə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxışlarda mövzunun əhəmiyyətindən danışılıb. 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun qazandığı tarixi zəfərdən, həmçinin müqəddəs dinimiz olan İslam dinində insan həyatına verilən dəyərdən bəhs olunub.

Sonda mövzu ətrafında hərbi qulluqçuları maraqlandıran suallar cavablandırılıb.