Yevlaxda “Dinlər sülhə və qarşılıqlı anlayışa çağırır” mövzusu müzakirə olunub
12 sentyabr 2025, 04:28

Sentyabrın 11-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Yevlax regional bölməsi, şəhər Mədəniyyət Mərkəzi, Mərkəzləşdirilmiş Kitabxana Sistemi və Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Sülh aylığı” çərçivəsində “Dinlər sülhə və qarşılıqlı anlayışa çağırır” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Yevlax regional bölməsinin əməkdaşı Valeh Rəşidov, təşkilatçı qurumların nümayəndələri, din xadimləri və gənclər iştirak ediblər.
Natiqlər dini müxtəlifliyin cəmiyyətdəki sülh və tolerantlıq mühitinə verdiyi töhfədən danışıblar. Azərbaycanda dinlərarası dialoqun və dini dözümlülüyün dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğu vurğulanıb. O da bildirilib ki, ölkəmizdə dini konfessiyalar arasında əməkdaşlıq daim təşviq olunur.
Tədbirdə diskussiya formatında davam etdirilib, iştirakçıların sualları cavablandırılıb.