Yevlaxda Aprel döyüşləri ilə bağlı tədbir keçirilib
07 aprel 2023, 08:09

Aprelin 7-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Yevlax bölgəsi üzrə şöbəsi və Yevlax Rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə “2016-cı ilin Aprel döyüşləri Vətən müharibəsində qazanılan Şanlı Zəfərin başlanğıcıdır” mövzusunda tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Yevlax  bölgəsi üzrə şöbəsinin əməkdaşı Valeh Rəşidov, Yevlax Rayon Heydər Əliyev Mərkəzi, Rayon Gənclər Evi sosial xidmət müəssisəsi, Yevlax rayon El televiziya şirkətinin şəhid ailələri və səhər proqramının əməkdaşları, qazilər iştirak ediblər.

Tədbirdə Aprel döyüşləri ilə əlaqədar geniş söhbət aparılaraq xalqımıza qarşı törədilən bu cinayətlərin heç bir zaman unudulmayacağı qeyd edilib. Aprel döyüşlərində əldə edilən uğurun İkinci Qarabağ müharibəsində zirvəyə çatdığı, Ulu Öndər Heydər Əliyevin davamçısı Müzəffər Ali Baş komandan Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə 44 gün davam edən Vətən müharibəsində rəşadətli Azərbaycan ordusunun xalqımıza qazandırdığı Aprel döyüşlərindən sonra növbəti tarixi Zəfərin erməni ordusuna layiqli cavab olduğu vurğulanıb.  

Tədbirdə “Aprel döyüşləri Zəfərin başlanğıcıdır” sənədli film nümayiş etdirilib.