Yevlaxda 18 Oktyabr - Müstəqilliyin Bərpası Gününə həsr olunmuş tədbir keçirilib
18 oktyabr 2022, 02:52

Oktyabrın 17-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Yevlax bölgəsi üzrə şöbəsi və Yevlax Şəhər Gənclər Evi Sosial Xidmət Müəssisəsinin birgə təşkilatçılığı ilə “Azərbaycan Dövlət Müstəqilliyinin bərpası-31: dəyərlərimizin təminatı” mövzusunda seminar keçirilib.

Tədbirdə DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşı Əlisa Fərəcov, Yevlax Şəhər Gənclər Evinin psixoloqu Əhməd Yusifli, Şəhər Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Pərviz Hüseynov, eləcə də Gənclər Evinin əməkdaşları, din xadimləri və dindarlar  iştirak ediblər.   

Öncə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.   

Vurğulanıb ki, Azərbaycan 70 ildən artıq SSRİ-nin tərkibində yaşamağına baxmayaraq, milli-mənəvi və dini dəyərlərini qoruyub saxlayıb. O da qeyd edilib ki, ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra Ümummilli Lider Heydər Əliyev milli-mənəvi dəyərlərimizin inkişafında müstəsna xidmətlər göstərib.

Sonda seminar iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.