Yevlax, Ağdaş, Qax və Qubada maarifləndirmə tədbirləri keçirilib
05 aprel 2024, 01:38

Regionlarda müxtəlif mövzulara həsr olunmuş tədbirlər keçirilib.

Aprelin 4-də Ağdaş rayonunda "Müqəddəs Ramazan ayı - birlik və bərabərlik bayramı” mövzusunda tədbir keçirilib. Tədbirə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşı Asif Ədilov, müvafiq qurumların əməkdaşları və ictimaiyyət nümayəndələri qatılıblar.

***

Aprelin 4-də Qax rayonu Cəlayır kənd tam orta məktəbində “Dini fanatizm, radikalizm və ekstremizmin mahiyyəti və təhlükələri” mövzusunda seminar keçirilib. Tədbirdə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşı Tərlan Nəzərov, müəllimlər və yuxarı sinif şagirdləri iştirak ediblər.

***

Aprelin 4-də DQİDK-nın müvafiq şöbəsi və Quba Tibb Kollecinin birgə təşkilatçılığı ilə “Uşaqların doğulanadək cins seçiminin qarşısının alınması: milli ailə dəyərləri zəminində hüquqi və mənəvi aspektlər” mövzusunda tədbir keçirilib. Tədbirdə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinin müdir müavini Elnur Ağasiyev, müvafiq qurumların əməkdaşları, müəllimlər və tələbələr iştirak ediblər.

***

Aprelin 4-də Yevlaxda "On bir ayın sultanı: Ramazan bayramı" mövzusunda tədbir keçirilib. Tədbirdə DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşı Valeh Rəşidov, Yeni Azərbaycan Partiyasının Yevlax rayon Təşkilatının sədri Rafiq Əliyev, ictimaiyyət nümayəndələri, şəhid ailələri, qazilər və Vətən Müharibəsi iştirakçıları iştirak ediblər.

 

Çıxışlarda mövzuların aktuallığından bəhs olunub. Ölkəmizdə keçirilən maarifləndirmə tədbirlərinin əhəmiyyəti diqqətə çatdırılıb.

Tədbirlər müzakirələrlə davam edib.