“Yaşıl gələcək naminə” aksiyası Saatlı və Sabirabadda davam etdirilib
28 iyun 2024, 10:09

Prezident cənab İlham Əliyev tərəfindən ölkəmizdə elan olunan “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin “Yaşıl gələcək naminə” aksiyası iyunun 28-də Saatlı və Sabirabad rayonlarında yerləşən dini ibadət yerlərinin ətrafında davam etdirilib.

Komitə əməkdaşları, din xadimləri, eləcə də dini icma nümayəndələrinin işirak etdikləri yaşıllaşdırma aksiyasında sözügedən rayonlardakı dini ibadət evlərinin ətrafında abadlıq, yaşıllaşdırma işləri aparılıb, ağac və gül kolları əkilib.

Qeyd edək ki, “Yaşıl gələcək naminə” aksiyası cəmiyyətdə ekoloji maarifləndirmə səviyyəsinin yüksəldilməsinə, ətraf mühitin və ictimai məkanların abadlaşdırılmasına töhfə verməklə yanaşı, müxtəlif konfessiyalara mənsub dini icma üzvlərini ümummilli məsələ ətrafında birləşdirmək, ictimaiyyətin diqqətini ətraf mühitin sağlamlaşdırılmasına, yaşıllıqların artırılmasına yönəltmək məqsədi daşıyır.