Martın 13-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı regional bölməsi, Lənkəran-Astara Regional Təhsil İdarəsi və Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Yardımlı rayon Səmid Abiyev adlna Koryədi kənd tam orta məktəbində “Sülh və təhsil: cəmiyyəti formalaşdıran dəyərlər” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Masallı regional bölməsinin əməkdaşı Pərvin İmanov, Regional Gənclər və İdman İdarəsinin sektor müdiri Şəhriyar Şabiyev, müəllimlər və şagirdlərlər iştirak ediblər.
Çıxışlarda tarixin müxtəlif mərhələlərində ağır sınaqlardan çıxmış müstəqil və suverən bir dövlət kimi formalaşan Azərbaycan Respublikasınada sülh və əmin-amanlığın mövcud olduğu bildirilib. Eyni zamanda qeyd edilib ki, bu cür tədbirlərin keçirilməsi maarifləndirmə sahəsində böyük əhəmiyyətə malikdir.
Sonda iştirakçıların sualları cavablandırılıb.