Yardımlıda “Milli və mənəvi birlik: Zəfərə gedən yol” mövzusunda tədbir keçirilib
12 sentyabr 2025, 12:30

Sentyabrın 12-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı regional bölməsi, Lənkəran-Astara Regional Mədəniyyət İdarəsi və Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Yardımlı Rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində “Milli və mənəvi birlik: Zəfərə gedən yol” mövzusunda tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Masallı regional bölməsinin əməkdaşı Pərvin İmanov, Regional Gənclər və İdman İdarəsinin sektor müdiri Şəhriyar Şabiyev, Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Mehman Xanızadə, din xadimləri, ictimaiyyət nümayəndələri və gənclər iştirak ediblər.

Çıxışlarda qeyd olunub ki, milli-mənəvi dəyərlər Azərbaycan xalqının kimliyinin əsas sütunlarını təşkil edir. Bu dəyərlərin qorunması və gənc nəslə aşılanması, xüsusilə də müstəqilliyimizin, suverenliyimizin və torpaq bütövlüyümüzün təmin olunmasında mühüm rol oynayır. Bildirilib ki, Vətən müharibəsində qazanılan böyük Qələbə xalqımızın milli həmrəyliyinin, dövlətə və orduya inamının, mənəvi birliyinin təntənəsidir. Vurğulanıb ki, bu amillər gənclərin düzgün formalaşmasında və radikal təsirlərdən qorunmasında əhəmiyyətli vasitədir.

Sonda iştirakçılar mövzu ətrafında fikir mübadiləsi aparıb, gənclərin sualları cavablandırılıb.