Martın 11-də Yardımlı Rayon Abı Nəcəfov adına Arus kənd tam orta məktəbində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı bölgəsi üzrə şöbəsi və Yardımlı Rayon Polis Şöbəsinin (RPŞ) birgə təşkilatçılığı ilə “Narkomaniya: səbəbləri və ona qarşı mübarizə yolları” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin müdiri Elvin Hüseynli, Yardımlı RPŞ-nın rəis müavini Vüqar Bəhmənov, Yardımlı Gənclər və İdman İdarəsinin əməkdaşı Şəhriyar Şabiyev, Yardımlı RPŞ-nın əməkdaşı Adil Məmmədov, məktəbin Eldəniz Məmmədov, müəllim və şagirdlər iştirak ediblər.
Çıxışlar zamanı mövzunun aktuallığından bəhs edilib. Narkomaniyanın, o cümlədən zərərli vərdişlərin törətdiyi bəlaların qarşısının alınması barədə məlumat verilib. Narkomaniyaya qarşı mübarizədə maarifləndirmə tədbirlərinin əhəmiyyəti qeyd olunub.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.