Yardımlıda “Erkən  nikah  və onun  fəsadları” mövzusunda tədbir təşkil olunub
17 yanvar 2025, 08:38

Yanvar ayının 17-də Yardımlı Rayon İcra Hakimiyyəti (RİH), Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı regional bölməsi, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Yardımlı Rayonu  N.Cəfərov adına Avaş kənd tam orta məktəbdə “Erkən  nikah  və onun  fəsadları” mövzusunda tədbir təşkil olunub.

Tədbirdə RİH başçıSInın müavini Əfsanə Məmmədova, DQİDK-nın Masallı regional bölməsinin əməkdaşı Pərvin İmanov, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin  sektorunun müdiri Şəhriyar Şabiyev, müəllim və şagirdlərlər iştirak ediblər.

Çıxışlarda erkən nikahın səbəbləri, nəticələri və yaratdığı fəsadlardan bəhs edilib. Gələcək ailələrin sağlam təməllər üzərində qurulmasında gənclərin böyük rolunun olduğu, erkən nikahların daha çox bilgisizlikdən, cəhalətdən irəli gəldiyi qeyd edilib.
Tədbir müzakirələrlə davam etdirilib.