Yardımlıda “Dini etiqad azadlığının hüquqi əsasları” mövzusunda tədbir keçirilib
11 iyun 2025, 09:45

İyunun 11-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı regional bölməsi, Lənkəran-Astara Regional Təhsil idarəsinin Yardımlı rayonu üzrə sektoru, Lənkəran-Astara Regional Gənclər və İdman idarəsinin Yardımlı rayonu üzrə sektorunun və Yardımlı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Yardımlı şəhər Vəli Məmmədov adına 2 saylı tam orta məktəbində “Dini etiqad azadlığının hüquqi əsasları” mövzusunda tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Masallı regional bölməsinin   əməkdaşı Pərvin İmanov, Lənkəran-Astara Regional Gənclər və İdman idarəsinin Yardımlı rayonu üzrə sektorunun müdiri Şəhriyar Şabiyev, Yardımlı RİH-nin əməkdaşı Şakir Kərimov, məktəbin direktoru Tahir Rüstəmov, müəllim və şagirdlər iştirak ediblər.

Çıxışlarda Dini etiqad azadlığı haqqında qanunun qəbul olunmasının tarixi və əhəmiyyətindən danışılıb. Qeyd olunan qanunun işləmə mexanizimindən, həmçinin ölkəmizdə olan dini konfessiyaların hüquqlarının tənzimləməsindəki rolundan söhbət açılıb.

Sonda iştirakçıların ünvanladığı suallar cavablandırılıb.