Dekabrın 17-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı bölgəsi üzrə şöbəsi və Yardımlı rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Çayüzü kənd tam orta məktəbində “Azərbaycançılıq ideologiyası və milli-mənəvi dəyərimiz” mövzusunda seminar keçirilib.
Tədbirdə DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin müdiri Elvin Hüseynli, rayon Gənclər və İdman idarəsinin əməkdaşı Şəhriyar Şabıyev, Çayüzü kənd məscidi dini icmasının sədri Əli Orucov, N.Cəbiyev adına Çayüzü kənd tam orta məktəbin müəllim və şagirdləri iştirak ediblər.
Çıxışlarda qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyevin zəngin irsi indiki və gələcək nəsillər üçün əvəzsiz sərvət, böyük qürur və iftixar mənbəyidir. Vurğulanıb ki, Ulu Öndərimizin azərbaycançılıq ideyası milli həmrəyliyi, bürövlüyü təmin edən, milli təəssübkeşlik və vətənpərvərlik hissini gücləndirən məfkurədir. Çıxışlarında o da qeyd bildirilib ki, azərbaycançılıq ideologiyası milli dövlətçiliyimizin inkişafında mühüm rol oynayıb.
Sonda mövzu ilə bağlı tədbir iştirakçılarının sualları cavablandırılıb.