Oktyabrın 12-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Dövlət Sərhəd Xidmətinin Xudat şəhərində yerləşən hərbi hissəsində “Dini radikalizm və ekstremizmə qarşı mübarizədə hərbi qulluqçuların yeri və rolu” mövzusunda seminar keçirilib.
Tədbirdə DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin əməkdaşları Elnur Ağasiyev, Mehman Məmmədov, hərbi hissənin zabiti Tərlan Lətifov və şəxsi heyət iştirak edib.
Çıxışlar zamanı dini radikalizm və ekstremizmin mahiyyəti və təhlükələri barədə məlumat verilib. Bu istiqamətdə dövlətin həyata keçirdiyi tədbirlərdən danışılıb. Radikalizmlə mübarizədə hərbi qulluqçuların rolundan bəhs olunub.
Tədbirdə DQİDK-nın sifarişi ilə çap edilmiş maarifləndirici ədəbiyyat hərbi hissəyə hədiyyə edilib, mövzu ilə bağlı suallar cavablandırılıb.