İyulun 16-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Mil-Muğan regional bölməsi və Xocavənd Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Suverenliyin qorunmasında dini-mənəvi həmrəyliyin rolu” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Mil-Muğan regional bölməsinin əməkdaşları Cəfərsadiq Cəfərli və Bəhrəm Abbaslı, Xocavənd Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Nicat Şirinov, eləcə də digər aidiyyəti qurumların nümayəndələri iştirak ediblər.
Çıxışlarda mövzunun əhəmiyyəti vurğulanıb. Bildirilib ki, dini və mənəvi dəyərlər insanları birləşdirən, cəmiyyətin möhkəmliyini artıran və birgə fəaliyyətə təşviq edən əsas amillərdəndir. Bu dəyərlər vətəndaş həmrəyliyinin möhkəmləndirilməsində və ümummilli hədəflərə çatmaqda mühüm rol oynayır. Qeyd olunub ki, dini-mənəvi həmrəylik təkcə daxili birliyi gücləndirmir, həm də xalqın xarici təsirlərə qarşı dayanıqlığını artırır və cəmiyyətin sabitliyinə mühüm töhfə verir.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.