Xocavənd rayonunun vandalizmə məruz qalmış abidələri
17 aprel 2021, 07:47

Xocavənd rayonu Ağdam-Füzuli avtomobil yolunun kənarında, dağətəyi düzənlikdədir. Relyefi əsasən dağlıq olan Xocavənd rayonu dəniz səviyyəsindən təqribən 500 metrdən 2725 metrə (Böyük Kirs dağı) qədər hündürlükdə yerləşir. 

1930-cu ildə yaradılan və 1991-ci ilə kimi “Martuni” adlandırılan Xocavənd rayonunun ərazisi alçaq dağlıq və düzənlikdən ibarətdir. Rayonun ümumi sahəsi 1458 kvadratkilometrdir. Rayon 1şəhər, 2 şəhər tipli qəsəbə və 83 kənddən ibarətdir. Xocavənd şəhəri, Hadrut və Qırmızıbazar qəsəbələri, Qaradağlı, Əmirallar, Muğanlı, Kuropatkin, Tuğ, Axullu, Salakətin, Günəşli, Xətai və başqaları rayonun iri yaşayış məntəqələrindəndir. 
Azərbaycanı qədim yaşayış məskəni kimi dünyada tanıdan abidələrdən biri, dəniz səviyyəsindən 900 metr hündürlükdə yerləşən, uzunluğu 190 metr, əhəng daşları oksfordkimeric dövrünə aid olan Azıx mağarası Xocavəndin Füzuli rayonuna yaxın, Azıx kəndinin 1 kilometr cənubi-şərqində yerləşir. Həmin rayonun Böyük Tağlar kəndindən cənubda, dəniz səviyyəsindən 850 m hündürlükdə yerləşən, uzunluğu 22 metr, əhəng daşları oksfordkimeric dövrünə aid olan Tağlar mağarası tarixi abidə kimi xüsusi əhəmiyyətə malikdir. 
Xocavənd  2 oktyabr 1992-ci il erməni silahlı birləşmələri tərəfindən işğal olunmuş, rayonda onlarla milli tarixi-dini abidəmiz düşmən tərəfindən mənəvi genosidə məruz qalmışdır.  Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz tərəfindən 2020-ci ildə Xocavənd rayonunun bir hissəsi, 2023-cü ildə həyata keçirilən anti-terror əməliyyatı nəticəsində tam işğaldan azad edilib. Rayonun işğaldan azad edilməsi nəticəsində oradakı tarixi, memarlıq abidələrimiz də erməni əsarətindən qurtuldu. 


Tarixi-dini abidələri 

Alban məbədi (1170-ci il) - Hadrut qəsəbəsi (İNV № 224)
Alban məbədi (1147-ci il) – Məmmədzar kəndi (İNV № 225)
Alban məbədi (1197-ci il) – Tuğ kəndi (İNV № 226)
Qırmızı məbəd (1000-ci il) – Tuğ kəndi (İNV № 227)
Alban məbədi (1094-cü il) – Traktik kəndi (İNV № 228)
Alban məbədi (900-cü il) – Vəng kəndi (İNV № 229)
Alban məbədi (1131-ci il) – Sakuri kəndi (İNV № 230)
Alban məbədi (IV-VI əsrlər) – Susanlıq kəndi (İNV № 231)
Alban məbədi– Susanlıq kəndi (İNV № 232)
Alban məbədi (1635-ci il) – Tağaser kəndi (İNV № 234)
Dini kompleks (XIII əsr) – Sor kəndi (İNV № 235) 
Alban məbədi (1241-ci il) – Böyük Tağlar kəndi (İNV № 237)
Alban məbədi (1236-cı il) – Güneyçartar kəndi (İNV № 238)
Alban məbədi (995-ci il) – Qavaxan kəndi (İNV № 239)
Alban məbədi (IV əsr) – Sos kəndi (İNV № 240)
İki Alban məbədi (701-ci il) – Çörəkli kəndi (İNV № 241)
Alban məbədi (VIII əsr) – Çörəkli kəndi (İNV № 242)
Alban məbədi (V əsr) – Çörəkli kəndi (İNV № 243)
Kilsə (1270-ci il) -  Çörəkli kəndi (İNV № 244)
Kilsə (XII əsr) -  Çörəkli kəndi (İNV № 245)
Amaras monastırı (IV əsr) – Çütcü kəndi (İNV № 246)
Alban məbədi (XII əsr) – Şıx Dursun kəndi (İNV № 247)
Alban məbədi (675-ci il) – Tağaverd kəndi (İNV № 248)
Bağır xan məbədi (XII əsr) – Cəmiyyət kəndi (İNV № 250)
Alban kilsəsi (IV-V əsr) – Axullu kəndi 
Məbəd (XIV əsr) – Dolanlar kəndi (İNV № 4315)
Məbəd – Ataqud kəndi (İNV № 4316)
Kilsə (XVII əsr) –Tağaverd kəndi (İNV № 4318)
Məbəd (XVIII əsr) – Hadrut qəsəbəsi (İNV № 4319)
Məbəd (XIII əsr) – Tuğ kəndi (İNV № 4320)
Məbəd (1747-ci il) – Tuğ kəndi (İNV № 4321)
Ağ kilsə (XVII əsr) – Vəng kəndi (İNV № 4323)
Məbəd (1664-cü il) – Gəngər kəndi (İNV № 4324)
Məbəd (XVII əsr) – Sakuri kəndi (İNV № 4325)
Məbəd (XVII əsr) – Sur kəndi (İNV № 4326)
Məbəd – Çaylaqqala kəndi (İNV № 4328)
Məbəd – Tağaser kəndi (İNV № 4329)
Kilsə (XX əsr) – Arakül kəndi (İNV № 4330)
Məbəd (XVIII əsr) – Binə kəndi (İNV № 4331)
Məbəd (XIX əsr) – Şahyeri kəndi (İNV № 4332)
Məbəd (1896-cı il) – Yenikənd kəndi (İNV № 4333)
Məbəd – Binədərəsi kəndi (İNV № 4334)
Məbəd (XIX əsr) – Qırmızıqaya kəndi (İNV № 4335)
Məbəd (XIV əsr) – Qoçbəyli kəndi (İNV № 4336)
Məbəd – Çıraquz kəndi (İNV № 4337)
Məbəd –Xırmancıq kəndi (İNV № 4338)
Məbəd – Ağdam kəndi (İNV № 4339)
Məbəd (1698-ci il) – Ağcakənd kəndi (İNV № 4340)
Məbəd (XVII əsr) – Dərəkənd kəndi (İNV № 4341)
Məbəd – Məlikcanlı kəndi (İNV № 4342)
Məbəd – Bulutan kəndi (İNV № 4343)
Məbəd – Edilli kəndi (İNV № 4344)
Məbəd – Düdükçü kəndi (İNV № 4345)
Məbəd – Ağbulaq kəndi (İNV № 4346)
Məbəd – Dağdöşü kəndi (İNV № 4347)
Məbəd (XVII əsr) – Azıx kəndi (İNV № 4348)
Məbəd (XIX əsr) – Bünyadlı kəndi (İNV № 4349)
Məbəd – Daşbaşı kəndi (İNV № 4350)
Məbəd (XIII əsr) – Dolanlar kəndi (İNV № 4351)
Albanberd kilsəsi – Qarakənd kəndi (İNV № 4353)
Məscid – Muğanlı kəndi
Alban kilsəsi – Üçoğlan kəndi
Albanberd kilsəsi – Qarakənd kəndi
Alban kilsəsi – Qızılqaya ərazisi


Ziyarətgahlar

Türbənin sərdabə hissəsi (XII-XIV əsrlər) – Dolanlar kəndi (İNV № 4352)
Türbə (XVII əsr) – Xocavənd qəsəbəsi (İNV № 4317)
Türbə - Xatek kəndi (İNV № 4354)
Cəfat piri – Məstəqalar kəndi 
Şahyeri piri – Şahyeri kəndi 
Mir Mehdi Xəzanın türbəsi – Tuğ kəndi 
Cicim ocağı – Xocavənd qəsəbəsi
Pir – Qaradağlı kəndi 
Pir - Xocavənd kəndi 
Pir – Salatəkin kəndi 
Sitayiş ocağı – Salatəkin kəndi 
Bəhrəmli piri – Bəhrəmli ərazisi
Niyyət piri - Bəhrəmli ərazisi 
Seyid Rza günbəzi (XIV əsr) – Muğanlı kəndi
Rzaqulubəy günbəzi (XIV əsr) - Axullu kəndi
Seyid Musa günbəzi – Nərgiztəpə ərazisi
Aşıqlı qəbiristanında qoşa günbəz – Xocavənd kəndi 


Tarixi memarlıq abidələri

Nərgiztəpə yaşayış yeri (İlk və Orta Tunc dövrü) -  Xocavənd şəhərindən şərqdə (İNV № 1116)
Nekropol (Son Tunc və İlk Dəmir dövrü) – Dolanlar kəndi (İNV № 1117)
Tağlar mağarası (Daş dövrü) – Tağlar kəndi (İNV № 1118)
Qala - Sur kəndi (İNV № 236) 
Qala (III əsr) – Tağaverd kəndi (İNV № 249) 
Ərgüşən qalası – Axullu kəndi
Qədim yaşayış məskəni olan Azıx mağarası – Salatəkin kəndi
Qala – Çanaqçı kəndi (İNV № 4327)