Noyabrın 4-də Xızı rayon Heydər Əliyev Mərkəzində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Sumqayıt bölgəsi üzrə şöbəsi və Xızı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılğı ilə "8 Noyabr Zəfər Günü-siyasi iradə, güclü ordu, milli birlik və yüksək mənəviyyatın təntənəsi" mövzusunda dəyirmi masa keçirilib.
Tədbirdə Vətən müharibəsi iştirakçıları, DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin əməkdaşı Abdulla Hüseynov, rayon Gənclər və İdman İdarəsi və Sumqayıt şəhər Regional Mədəniyyət İdarəsinin Xızı rayon nümayəndəliyinin əməkdaşları iştirak ediblər.
Çıxış edən natiqlər mövzunun əhəmiyyətindən danışıblar. Qeyd ediblər ki, ölkə rəhbərliyinin siyasi iradəsi, ordumuzun rəşadəti və xalqımızın birliyi nəticəsində 44 günlük Vətən müharibəsində Azərbaycan düşmən üzərində qələbə qazandı. Fəxrlə deyə bilərik ki, üçrəngli bayrağımız bu gün doğma Qarabağımızda dalğalanır.