Xətai rayonu Əhmədli qəsəbə məscidi
19 yanvar 2026, 11:10
Ünvan: Bakı şəhəri, Xətai rayonu Seyid Mir Həsən Ağa küçəsi.
Əhmədli qəsəbəsindəki 120 yaşlı məscid 2024-cü ildə əsaslı təmirdən sonra istifadəyə verilib. 1904-cü ildə inşa olunmuş məsciddə təmir-bərpa işləri Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilib. Heydər Əliyev Fondunun təşəbbüsü ilə məscidin fasadında və ətrafında təmir-bərpa işləri aparılıb. Burada kişi və qadınlar üçün nəzərdə tutulmuş ibadət yerləri, dəstəmaz otaqları, mərasim evi əsaslı təmir olunub, məscidin ətrafı abadlaşdırılıb.