Aprelin 28-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsinin, Xaçmaz Rayon İcra Hakimiyyətinin (RİH) və Xaçmaz Peşə Liseyinin birgə təşkilatçılığı ilə “İslam dinində məişət zorakılığı anlayışı” adlı seminar keçirilib.
Seminarda DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev, Xaçmaz RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Ceyhun Musayev, Yeni Həyat kənd məscidinin imamı Şahmahamat Tahirov, müəllim və şagirdlər iştirak ediblər.
Çıxışlar zamanı mövzu ilə bağlı ətraflı məlumat verilib. Məişət zorakılığı haqqında mövcud qanunvericilik izah olunub, İslam dininin bütün zorakılıqlara qarşı olduğu diqqətə çatdırılıb.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb, mövzu ətrafında müzakirələr aparılıb.