Xaçmazda “Dini radikalizmlə mübarizədə gənclərin rolu” mövzusunda tədbir keçirilib
30 noyabr 2022, 06:38

Noyabrın 30-da Xaçmaz rayonunda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsi, Xaçmaz Rayon İcra Hakimiyyəti və Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə "Dini radikalizmlə mübarizədə gənclərin rolu" mövzusunda tədbir keçirilib. 

Tədbirdə DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Fərid Məmmədov, Xaçmaz RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Ceyhun Musayev, Gənclər və İdman İdarəsinin rəis müavini Zöhrab Quliyev, gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Çıxışlarda qeyd olunub ki, dini radikalizmin qarşısının alınmasında dini maarifləndirmə işinin aparılması ən önəmli məsələlərdəndir. Vurğulanıb ki, dini radikalizm dini savadsızlığın, xurafatın və cəhalətin təzahürüdür. Həmçinin din və elmin bir-birləri ilə vəhdət təşkil etməsindən elmin, təhsilin dini radikalizmə qarşı mübarizədə önəmindən danışılıb.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.