Xaçmazda "Dini məzhəbçilik meyillərinin milli birliyə və dini təhlükəsizliyə təsiri" mövzusunda tədbir keçirilib
26 oktyabr 2022, 06:48

Oktyabrın 26-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsi və Xaçmaz Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə rayonun Xudatkənd kənd məscidində "Dini məzhəbçilik meyillərinin milli birliyə və dini təhlükəsizliyə təsiri" mövzusunda tədbir keçirilib.

Seminarda DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdiri Ramin Xudayev, Xaçmaz RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Ceyhun Musayev, Dövlət Təhlükəsizliyi Xidmətinin Xaçmaz rayon şöbəsinin Xudat bölməsinin rəisi Vüqar Əhmədov, Xudatkənd kənd məscidinin imam müavini Vahid Hacıyev, din xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. 

Çıxış edənlər dini məzhəbçilik zəmnində dünyada baş verən hadisələrdən danışıblar. Məzhəbçilik meyillərinin milli birliyə və dini təhlükəsizliyə təsirindən bəhs ediblər.

Sonda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə ərsəyə gələn "Vətən naminə" sənədli filmi nümayiş etdirilib, iştirakçılara dini maarifləndirici ədəbiyyat təqdim olunub.