Xaçmazda “4 gündən 44 günə: Böyük zəfər yolu” adlı tədbir keçirilib
15 aprel 2022, 09:55

Aprelin 15-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsi, Xaçmaz Rayon İcra Hakimiyyəti (RİH) və Xaçmaz rayonu Qaraqurtlu kənd məscidi dini icmasının birgə təşkilatçılığı ilə “4 gündən 44 günə: Böyük zəfər yolu” adlı tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdir müavini Ramin Xudayev, Xaçmaz RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Ceyhun Musayev, Qaraqurtlu kənd məscidi dini icmasının sədri Mübariz Abdullayev, dindarlar,  qazilər, şəhid ailələrinin üzvləri iştirak ediblər.

Çıxışlarda mövzunun əhəmiyyətindən danışılıb. Qeyd edilib ki, 2016-cı ilin Aprel döyüşləri Azərbaycan ordusunun gücünü göstərdi. 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin qətiyyəti və Ordumuzun gücü sayəsində torpaqlarımız işğaldan azad olundu.

Tədbir qarşılıqlı müzakirələr və sualların cavablandırılması ilə davam edib.