İyunun 17-də Xaçmaz rayonunda “Dini mərasimlər: ictimai təhlükəsizlik və insan hüquqları perspektivindən” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba-Xaçmaz regional bölməsinin müdiri Elnur Ağasiyev, Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Ceyhun Musayev, din xadimləri və dini icma sədrləri iştirak ediblər.
İyunun 17-də Ağdaş rayonunda “Məhərrəmlik mərasimləri: keçmişdən günümüzə” mövzusunda tədbir təşkil olunub. Tədbirə Dövlət Komitəsinin Mərkəzi Aran regional bölməsinin müdiri Natiq Əfəndiyev, RİH başçısı Aparatının sektor müdiri Səbuhi Musayev, hüquq-mühafizə orqanlarının əməkdaşları, din xadimləri və dini icma sədrləri qatılıblar.
Çıxışlarda dini mərasimlərin mahiyyəti, onların cəmiyyət həyatında oynadığı rol, bu mərasimlərin qanunvericiliyə uyğun və ictimai təhlükəsizlik prinsipləri nəzərə alınmaqla təşkil edilməsinin vacibliyi bildirilib. Məhərrəmlik ənənələrinin tarixi və müasir dövrdə düzgün şəkildə təbliğinin əhəmiyyəti vurğulanıb. Eyni zamanda bu kimi maarifləndirici tədbirlərin dini dəyərlərin sağlam və düzgün şəkildə çatdırılmasına mühüm töhfə verdiyi qeyd edilib.