Xaçmaz şəhəri “Təzə şəhər” məscidi
19 yanvar 2026, 14:06

Ünvan: Xaçmaz şəhəri 20 Yanvar küç.
İbadətgah düzbucaq formasındadır, divarları kərpiclə hörülüb. İbadət evinin tavanı taxta ilə işlənib. Məscidin minbəri taxtadan düzəldilib və altı pilləlidir. İbadətgahın damı və günbəzi dəmirlə işlənib, mehrabı isə üç metr təşkil edir. Məscid iki hissədən ibarətdir: qadınlar və kişilər üçün nəzərdə tutulan şöbələr. İbadət evinin səkkiz pəncərəsi var.