“Uşaqların mənəvi inkişafı: nəyi necə etməli” mövzusunda tədbir keçirilib
12 noyabr 2021, 03:28

Noyabrın 12-də Qəbələdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şəki bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə “Uşaq hüquqları aylığı” çərçivəsində “Uşaqların mənəvi inkişafı: nəyi necə etməli” mövzusunda tədbir keçirilib. Tədbirdə DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin əməkdaşı Zaman Şirinov və gənclər iştirak ediblər.

Çıxışlar zamanı cəmiyyətin və dövlətin hər zaman uşaqların mənəvi dəyərlərimiz əsasında, Azərbaycançılıq ruhunda tərbiyə edilmələrinə çalışdığı, onların sağlam və gümrah, eyni zamanda, savadlı böyümələri üçün hər cür şərait yaratdığı vurğulanıb.