Noyabrın 18-də Biləsuvar şəhəri “Cümə” məscidində “Uşaq Hüquqları Aylığı” çərçivəsində “Uşaq tərbiyəsi milli-mənəvi dəyərlər kontekstində” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə Biləsuvar Rayon İcra Hakimiyyətinin əməkdaşı Məhərrəm Qurbanov, Dövlət Komitəsinin Şirvan-Salyan regional bölməsinin məsləhətçisi Anar Rüstəmov, din xadimləri və dini icma sədrləri iştirak ediblər.
Çıxışlarda gənc nəslin sağlam mənəvi-əxlaqi mühitdə böyüməsində ailə institutunun və milli-mənəvi dəyərlərin müstəsna rolundan bəhs olunub. Bildirilib ki, uşaqların vətənpərvərlik ruhunda tərbiyə edilməsi, onların zərərli vərdişlərdən və yad ideoloji təsirlərdən qorunması cəmiyyətin qarşısında duran əsas vəzifələrdəndir. Bu istiqamətdə maarifləndirmə işlərinin davamlı aparılmasının vacibliyi diqqətə çatdırılıb.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.