Noyabrın 5-də Beyləqan rayonunun İmamverdili kəndində yerləşən Aydın Quliyev adına tam orta ümumtəhsil məktəbində “Uşaq Hüquqları Aylığı” çərçivəsində “Uşaqların inkişafında sevgi, qayğı və hüquq” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Mil-Muğan regional bölməsinin məsləhətçisi Bəhrəm Abbaslı, Qarallar kənd məscidinin imamı Səbuhi İbadov, məktəbin müəllimləri və şagirdlər iştirak ediblər.
Çıxışlarda uşaqların sağlam və hərtərəfli inkişafında sevgi, diqqət və qayğının mühüm rolu vurğulanıb. Bildirilib ki, hər bir uşağın təhlükəsiz, sağlam mühitdə böyüməsi, eləcə də hüquqlarının qorunması cəmiyyətin əsas vəzifələrindəndir. O da qeyd olunub ki, uşaqların hüquqlarının təmin olunmasında ailə, məktəb və cəmiyyətin üzərinə mühüm məsuliyyət düşür.