Oktyabrın 28-də Ağdaş Peşə Məktəbində “Uşaq Hüquqları Aylığı” çərçivəsində “Uşaq tərbiyəsi milli-mənəvi dəyərlər kontekstində” mövzusunda tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Mərkəzi Aran regional bölməsinin əməkdaşı Asif Ədilov, Rayon İcra Hakimiyyəti başçısı Aparatının nümayəndəsi İradə Babayeva, rayon Gənclər və İdman sektorunun müdiri Samir İsrəfilov, müəllimlər, tələbələr və gənclər iştirak ediblər.
Çıxışlarda ölkəmizdə uşaq hüquqlarının müdafiəsi və onların sağlam, vətənpərvər ruha malik şəxsiyyət kimi formalaşması istiqamətində dövlət tərəfindən həyata keçirilən məqsədyönlü tədbirlərdən bəhs olunub. Ailədə və cəmiyyətdə milli-mənəvi ənənələrə söykənən tərbiyə modelinin tətbiqi gənc nəslin zərərli vərdişlərdən, yad ideologiyalardan və radikal meyillərdən qorunmasında mühüm əhəmiyyət kəsb edir. O da vurğulanıb ki, milli-mənəvi irsimizin qorunması və gələcək nəsillərə çatdırılması dövlət siyasətinin prioritet yönümlərindən biridir.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.