Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib
10 dekabr 2021, 10:03

Dekabrın 10-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) İmişli bölgəsi üzrə şöbəsi,  Saatl Rayon Heydər Əliyev Mərkəzi, Gənclərin İnkişafı və Karyera Mərkəzinin  Saatllı rayon nümayəndəliyi və rayon Tarix-Diyarşünaslıq  muzeyinin birgə   təşkilatçılığı  ilə    Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım tədbiri   keçirilib.

Tədbir iştirakçıları əvvəlcə  Ulu Öndər Heydər Əliyevin Mərkəzdəki abidəsini ziyarət edib, önünə gül-çiçək dəstələri düzərək  xatirəsini ehtiramla yad ediblər. 

Tədbirdə DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin İbrahimov, Saatlı  Rayon Heydər Əliyev Mərkəzinin rayon Tarix-diyarşünaslıq muzeyinin direktoru Sürayyə Zeynalova,    Gənclərin İnkişafı və Karyera Mərkəzinin Saatllı rayon nümayəndəliyinin direktoru Gülnar Babaşova, Rayon Heydər Əliyev Mərkəzinin  əməkdaşları   və gənclər   iştirak ediblər.  

Çıxış edənlər xalqımızın Ümummilli Lideri Heydər Əliyevin dövlət müstəqilliyimizin möhkəmlənməsinə, ordu quruculuğuna, ölkəmizdə əhalinin rifah halının yaxşılaşmasına, dünyəvi dövlət quruculuğuna, milli-mənəvi dəyərlərimizin dirçəlməsinə  xidmət edən şərəfli ömür yolu, həyat və fəaliyyəti barədə danışıblar.  Bildirilib ki, Ulu Öndər yorulmaz fəaliyyəti və qətiyyətli qərarları ilə müstəqilliyimizin formalaşmasında, ölkədə sabitliyin yaradılmasında, dünyada Azərbaycanın nüfuzunun yüksəldilməsində müstəsna xidmətlər göstərib.

Sonda  Ulu Öndər Heydər Əliyevin mənalı həyat yolunu və zəngin siyasi irsini özündə əks etdirən eksponatların və filmin nümayişi olub.