Bölgələrdə Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar silsilə tədbirlər keçirilib.
Gəncə şəhəri, Quba, Ucar, Sabirabad, Ağcabədi, Ağdam, Füzuli və Tərtər rayonlarında baş tutan anım tədbirlərində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin bölgə şöbəsinin müdirləri – Həsən Məmmədov, Ramin Xudayev, İlham Qəribov, Əlizadə Nəcəfov, habelə komitənin digər əməkdaşları, din xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Ulu Öndərin xatirəsi ehtiramla yad edilib, ruhuna dualar oxunub. Çıxışlarda Ümummilli Liderin həyat və çoxşaxəli fəaliyyətindən bəhs edilib. Bildirilib ki, müasir Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasətçi Heydər Əliyev Azərbaycan xalqının qəlbində əbədi yaşayır. Müdrik şəxsiyyətin yüksək diqqət və qayğısı sayəsində respublikamız çox sürətlə inkişaf edib, bütün sahələrdə nailiyyətlər qazanılıb. Qeyd edilib ki, bu siyasət hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.