Dekabrın 1-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ucar bölgəsi üzrə şöbəsi və Ucar rayon Polis şöbəsinin (RPŞ) birgə təşkilatçılığı ilə “Zərərli vərdişlərə hamılıqla yox deyək!” mövzusunda tədbir keçirilib.
Ucar şəhər 5 saylı tam orta məktəbdə pandemiya ilə əlaqədar zəruri qaydalara əməl olunmaqla təşkil olunmuş tədbirdə Ucar RPŞ-nin əməkdaşı Xəqani Vahidov, DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşı Rauf Nəsirov, məktəbin direktoru Hakim Nəcəfov və yuxarı sinif şagirdləri iştirak ediblər.
Çıxışlar zamanı mövzunun əhəmiyyəti qeyd olunub. Bildirilib ki, sağlam həyat tərzi uğrunda mübarizə sağlam cəmiyyətin formalaşması baxımından olduqca mühümdür. Vurğulanıb ki, zərərli vərdişlərlə mübarizə dövlət tərəfindən daim diqqət mərkəzində saxlanılan davamlı siyasətdir.