Aprelin 5-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK ) Göyçay bölgəsi üzrə şöbəsi, Ucar və Kürdəmir Rayon İcra Hakimiyyətlərinin birgə təşkilatçılığı ilə "Zərərli vərdişlər, xurafatçılıq və dini radikalizm" mövzusunda Ucar şəhər 1 saylı liseydə, eləcə də Kürdəmir şəhər 3 saylı tam orta məktəbində maarifləndirmə tədbirləri keçirilib.
Tədbirdə DQİDK-nın Göyçay bölgəsi üzrə şöbəsinin əməkdaşları Rauf Nəsirov, Seyfəli Umarov, aidiyyatı qurumların nümayəndələri, müəllim və şagirdlər iştirak ediblər.
Çıxışlarda ölkəmizdə zərərli vərdişlərə və dini radikalizmə qarşı mübarizə məqsədilə mühüm tədbirlərin həyata keçirildiyi diqqətə çatdırılıb. Dövlətin yeniyetmə və gənclərin zərərli vərdişlərin, dini radikalizmin təsirlərindən qorunması istiqamətində gerçəkləşdirdiyi tədbirlərdən danışılıb.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.