Ucarda "Tolerantlığın Azərbaycan modeli" mövzusunda tədbir keçirilib
12 yanvar 2024, 06:11
Yanvarın 12-də Ucar rayonunda "Tolerantlığın Azərbaycan modeli " mövzusunda tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Göyçay bölgəsi üzrə şöbəsinin əməkdaşı Rauf Nəsirov, Regional Gənclər və İdman İdarəsinin əməkdaşı Mirmehdi Heydərov, rayon Ağsaqqallar Şurasının sədri Mirzalı Ağamalıyev, aidiyyəti qurumlarların nümayəndələri və gənclər iştirak ediblər.
Çıxışlar zamanı Azərbaycanın tarixən müxtəlif dinlərin və xalqların nümayəndələrinin qaşılıqlı hörmət, həmrəylik və dözümlülük şəraitində yaşadığı diqqətə çatdırılıb. Ölkəmizin müxtəlif mədəniyyətlərin qovuşduğu unikal bir məkan olduğu qeyd edilib.
Tədbir müzakirələrlə davam edib.