Ucarda "Sülh Aylığı" çərçivəsində tədbir keçirilib
18 sentyabr 2026, 16:56

Sentyabrın 15-də Ucar rayonu Alpout kənd Həzrəti Əbəlfəz adına “Cümə” məscidində “Sülh Aylığı” çərçivəsində “Mənəvi dəyərlər kontekstində sülh mədəniyyəti” mövzusunda tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Mərkəzi Aran regional bölməsinin əməkdaşı Rauf Nəsirov, Alpout kənd Həzrəti Əbəlfəz adına “Cümə” məscidinin imam müavini Əziz Qədirov, din xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər
Çıxışlarda sülh və əmin-amanlığın insan həyatında və cəmiyyətin davamlı inkişafında mühüm əhəmiyyət daşıdığı vurğulanıb. Qeyd olunub ki, dini və mənəvi dəyərlər insanlar arasında mərhəmət, ədalət, xeyirxahlıq, qarşılıqlı hörmət və həmrəylik hisslərinin formalaşmasına mühüm töhfə verir. Bildirilib ki, bütün insanları birləşdirən ümumbəşəri dəyərlərin qorunması və təbliği cəmiyyətdə sülh mədəniyyətinin formalaşmasına və möhkəmləndirilməsinə xidmət edir. Eyni zamanda, sülhün qorunmasında hər bir fərdin üzərinə düşən məsuliyyətin vacibliyi diqqətə çatdırılıb.