Ucarda “Milli-mənəvi dəyərlərin təbliğində din xadimlərinin rolu” mövzusu müzakirə olunub
25 oktyabr 2022, 06:58
Oktyabrın 25-də Ucar şəhəri "Cami" məscidində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ucar bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə “Milli-mənəvi dəyərlərin təbliğində din xadimlərinin rolu” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşı Rauf Nəsiirov, din xadimləri və dini icma sədrləri iştirak ediblər.
Çıxışlarda mövzunun əhəmiyyətindən danışılıb. Milli-mənəvi dəyərlərin təbliğində din xadimlərinin rolundan bəhs olunub. Bu sahədə dini icmaların və din xadimlərinin üzərinə məsuliyyət düşdüyü diqqətə çatdırılıb.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.