Aprelin 18-də Ucar şəhər 4 saylı tam orta məktəbində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Göyçay bölgəsi üzrə şöbəsi və Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin Ucar rayon sektorluğunun birgə təşkilatçılığı ilə "Milli-mənəvi dəyərlərimizin qorunmasında Ümummilli Lider Heydər Əliyevin rolu" mövzusunda maarifləndirici tədbir keçirilib .
Tədbirdə DQİDK-nın Göyçay bölgəsi üzrə şöbəsinin əməkdaşı Rauf Nəsirov, Gənclər və İdman idarəsinin əməkdaşı Mirmehdi Heydərov, müəllim və şagirdlər iştirak ediblər.
Çıxışlarda bildirilib ki, milli dəyərlərimizin qorunması və inkişafı yaxın keçmişimizdə məhz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Vurğulanıb ki, Heydər Əliyevin milli ideologiyanın ən mühüm istiqamətlərindən və komponentlərindən biri kimi qiymətləndirdiyi milli dəyərlər özü də mürəkkəb daxili struktura malikdir. Ulu Öndərimiz milli dəyərlərin üç tərkib hissəsini xüsusi qeyd edir, dil, adət-ənənə və milli mentalitetin rolunu xüsusi qiymətləndirirdi.
Tədbir müzakirələrlə davam edib.