Avqustun 1-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Göyçay bölgəsi üzrə şöbəsi, Ucar şəhər Heydər Əliyev Mərkəzi və Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə "Milli-mənəvi dəyərlərimizin qorunması" mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Göyçay bölgəsi üzrə şöbəsinin əməkdaşı Rauf Nəsirov, gənclər və mərkəzin əməkdaşları iştirak ediblər.
Çıxışlarda qeyd ounub ki, gənclərdə milli-mənəvi dəyərlərin inkişafı onların qloballaşan dünyada öz istiqamətlərini itirməmələri üçün əvəzsiz rol oynayır. Gənclərin milli-mənəvi dəyərlər ruhunda yetişmələrinin vacibliyini vurğulayan natiqlər diqqətə çatdırıblar ki, onların bu ruhda yetişmələri milli məfkurəmizin gələcək nəsillərə ötürülməsinə, xalqımızın tarixi azərbaycançılıq ideyalarının daha da inkişaf etməsinə gətirib çıxaracaqdır.