Ucarda "Milli-mənəvi dəyərlərimizi qoruyaq" mövzusunda dəyirmi masa keçirilib
13 iyun 2023, 03:27
İyunun 13-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Göyçay bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə "Milli-mənəvi dəyərlərimizi qoruyaq" mövzusunda dəyirmi masa keçirilib.
Tədbirdə DQİDK -nın Göyçay bölgəsi üzrə şöbəsinin əməkdaşı Rauf Nəsirov, Ucar şəhər bələdiyyəsinin əməkdaşları və gənclər iştirak ediblər.
Çıxışlarda mövzunun əhəmiyyətindən danışılıb. Bildirilib ki, Azərbaycan xalqı hər zaman milli dəyərlərə sadiqliyini göstərib, bu dəyərləri əsrlərlə yaşadaraq onu inkişaf etdirib. Qeyd olunub ki, vətənpərvərlik tərbiyəsinin formalaşması üçün milli-mənəvi dəyərlərimizin əhəmiyyəti və adət-ənənələrimizin unudulmaması istiqamətində təbliğat işlərinin aparılması vacibdir.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.