Ucarda "Milli köklərə söykənən mənəvi dəyərlərimiz" mövzusunda dəyirmi masa keçirilib
27 iyul 2023, 07:08

İyulun 27-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Göyçay bölgəsi üzrə şöbəsi, Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsi və Ucar Gənclər Evinin birgə təşkilatçılığı ilə "Milli köklərə söykənən mənəvi dəyərlərimiz" mövzusunda dəyirmi masa keçirilib .

Tədbirdə DQİDK-nın Göyçay bölgəsi üzrə şöbəsinin əməkdaşı Rauf Nəsirov, Gənclər və İdman İdarəsinin əməkdaşı Mirmehdi Heydərov və gənclər iştirak ediblər.

Tədbirin əvvəlində Vətən müharibəsi şəhidlərinin ruhu bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə mövzunun aktuallığından danışılıb, natiqlər yeniyetmə və gənclərimizin tərbiyəsində milli-mənəvi dəyərlərimizin rolunun böyük olduğunu, bu dəyərlərin qorunub saxlanılması və gələcək nəsillərə çatdırılmasının vacib olduğunu qeyd ediblər.