Ucarda "Mili-mənəvi dəyərlərin təbliğində gənclərin rolu" mövzusu müzakirə edilib
30 yanvar 2023, 06:15

Yanvarın 28-də Ucar Gənclər Evində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Göyçay bölgəsi üzrə şöbəsi və Gənclik Akademiyası İctimai Birliyinin birgə təşkilatçılığı ilə "Mili-mənəvi dəyərlərin təbliğində gənclərin rolu" mövzusunda maarifləndirici tədbir keçirilib .

Tədbirdə DQİDK -nın Göyçay bölgəsi üzrə şöbəsinin əməkdaşı Rauf Nəsirov və gənclər iştirak ediblər.

Çıxışlarda mövzunun əhəmiyyətindən danışılıb. Milli-mənəvi dəyərlərin gənc nəslə aşılanması, vətənpərvərlik ruhunun, Vətənə sevginin və ona bağlılığın gücləndirilməsi mövzusunda müzakirələr aparılıb.

Tədbir diskussiya şəklində davam edib.