Ucarda maarifləndirmə tədbiri keçirilib
15 fevral 2024, 08:31

Fevralın 15-də Ucar rayonu Alpı kənd tam orta məktəbində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Göyçay bölgəsi üzrə şöbəsi, Ucar rayonu Polis Şöbəsi (RPŞ) və Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin Ucar rayon sektorluğunun birgə təşkilatçılığı ilə “Məktəblilərin mənəvi dünyagörüşünə təsir edən amillər” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Göyçay bölgəsi üzrə şöbəsinin əməkdaşı Rauf Nəsirov, Ucar RPŞ-nin rəis müavini Qoşqar Kazımov, ictimaiyyət nümayəndələri, müəllimlər və şagirdlər iştirak ediblər .
Çıxışlar zamanı məktəblilərin dünyagörüşünə, mənəvi inkişafına mənfi təsir göstərən amillərə diqqət çəkilib. Dini radikalizm, erkən nikah və narkomaniyanın gənclərimizin gələcəyi üçün real təhlükə yarada biləcəyi vurğulanıb. Vətənpərvərlik ruhu aşılayan dəyərlərimizin məktəblilərin formalaşmasındakı önəmindən bəhs edilib.
Tədbirin sonunda mövzu ilə bağlı verilən suallar cavablandırılıb.