Ucarda maarifləndirmə tədbiri keçirilib
01 aprel 2022, 09:55
Aprelin 1-də Ucar rayonu Qarabörk kənd tam orta məktəbində "Narkomaniya və narkotiklərin ziyanı" mövzusunda maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşı Rauf Nəsirov, eləcə də təşkilatçı qurumların nümayəndələri, məktəbin müəllim və şagirdləri iştirak ediblər.
Çıxışlarda narkotik maddələrin zərərləri və fəsadları barədə məlumat verilib. Bildirilib ki, cəmiyyətimizin gələcəyi və sağlamlığı naminə birlikdə bu bəla ilə mübarizə aparılmalıdır. Eyni zamanda bu cür maarifləndirmə tədbirlərinin əhəmiyyəti qeyd olunub.
Sonda iştirakçıların sualları cavablandırılıb.