Ucarda maarifləndirmə tədbiri keçirilib
28 aprel 2025, 01:17

Aprelin 25-də Ucar rayonu Qarabörk kənd tam orta məktəbində “Uşaqların vətənpərvərlik və milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi” mövzusunda tədbir keçirilib.

Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Göyçay regional bölməsinin əməkdaşı Rauf Nəsirov, Rayon İcra Hakimiyyəti başçısı Aparatının, Regional Gənclər və İdman İdarəsinin nümayəndələri, müəllimlər və şagirdləriiştirak ediblər.

Çıxışlarda bildirilib ki, ölkəmizdə gələcəyimiz olan yeniyetmə nəslin Vətənə məhəbbət, xalqa hörmət, adət-ənənələrimizə sədaqət ruhunda tərbiyə olunmasına həmişə böyük önəm verilib. Vurğulanıb ki, Vətən müharibəsində gənclərimizin göstərdiyi igidliklər uşaqların tərbiyəsinə öz müsbət təsirini göstərib. Eyni zamanda dövlətimiz tərəfindən milli-mənəvi dəyərlərimizə göstərilən diqqət və qayğıdan da danışılıb.