Ucarda maarifləndirmə tədbiri keçirilib
24 fevral 2023, 01:41

Fevralın 23-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Göyçay bölgəsi üzrə şöbəsi, Ucar rayon Heydər Əliyev Mərkəzi və rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə "Gənclərin vətənpərvərlik və mili-mənəvi dəyərlər ruhunda tərbiyəsi" mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə DQİDK–nın Göyçay bölgəsi üzrə şöbəsinin əməkdaşı Rauf Nəsirov, rayon Heydər Əliyev Mərkəzinin direktoru Mətanət Qəribova, Gənclər və İdarəsinin rəis müavini Mirmehdi Heydərov, gənclər və müəllimlər iştirak ediblər.

Çıxışlarda mövzunun əhəmiyyətindən danışılıb. Gənclərin vətənpərvər, milli-mənəvi dəyərlərə bağlı ruhda yetişməsi və tərbiyə olunmasının vacibliyi diqqətə çatdırılıb.