Avqustun 18-də Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ucar bölgəsi üzrə şöbəsi, Ucar rayonu Gənclər və İdman İdarəsi, eləcə də Ucar Gənclər Evinin birgə təşkilatçılığı ilə "Uşaqların vətənpərvərlik və milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi" mövzusunda dəyirmi masa keçirilib.
Tədbirdə DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşı Rauf Nəsirov, Ucar rayonu Gənclər və İdman idarəsinin rəis müavini Mirmehdi Heydərov, Ucar rayonu Çiyni kənd "Hacı Ağamirzə" məscidi dini icmasının sədri Zaur Eyvazov, eləcə də Gənclər Evinin əməkdaşları iştirak ediblər.
Tədbirdə gənclərdə və uşaqlarda milli mənlik şüurunun inkişaf etdirilməsi, onlarda vətənpərvərlik hisslərinin formalaşdırılması və uşaqların xalqına, dövlətinə, milli-mənəvi dəyərlərə bağlılığı mövzusunda müzakirələr aparılıb.