Martın 10-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ucar bölgəsi üzrə şöbəsi və Ucar rayon Gənclər və İdman İdarəsinin (Gİİ) birgə təşkilatçılığı ilə "Təhlükəsiz reproduktiv sağlamlıq davranışlarının və sağlam həyat tərzi vərdişlərinin formalaşdırılması” mövzusunda maarifləndirmə tədbiri keçirilib.
Ucar şəhər Gənclər Evində təşkil olunmuş tədbirdə DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev, Ucar rayon Gİİ-nin rəis müavini Mehdi Heydərov, Ucar rayonu Rəstəcə kənd tam orta məktəbinin direktoru, Qarabağ müharibəsi əlilləri cəmiyyətinin sədri Rahib Rəsulov, yeniyetmə və gənclər iştirak ediblər.
Çıxışlar zamanı sağlam həyat tərzinin formalaşmasında insan sağlamlığına müsbət təsir edən amillər və ziyanlı vərdişlərin gənclərin reproduktiv sağlamlığına göstərdiyi mənfi təsirlər haqqında danışılıb. Gənc nəslin psixi və fiziki sağlamlığının müasir dövrün ən aktual problemlərindən biri olduğu qeyd edilib.
Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb və mövzuya aid maarifləndirici videoçarxlar nümayiş olunub.