Ucarda "Heydər Əliyev və azərbaycançılıq məfkurəsi " mövzusunda tədbir keçirilib
30 aprel 2024, 07:10
Aprelin 30-da Ucar şəhər 1 saylı texniki-humanitar liseyindən "Heydər Əliyev və azərbaycançılıq məfkurəsi" mövzusunda tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Göyçay bölgəsi üzrə şöbəsinin əməkdaşı Rauf Nəsirov, müvafiq qurumların nümayəndələri, müəllim və şagirdlər iştirak ediblər.
Çıxışlarda qeyd olunub ki, Ümummilli Liderimiz Heydər Əliyev Azərbaycan xalqının milli həmrəylik simvoluna çevrilib. Vurğulanıb ki, ölkəmizdə mövcud olan milli, dini birlik və həmrəyliyin möhkəmləndirilməsi Ulu Öndərin adı ilə bağlıdır. Çıxışlarda Heydər Əliyevin ölkəmiz və Azərbaycan xalqı qarşısındakı tarixi xidmətlərindən də bəhs edilib.
Tədbirlər müzakirələrlə davam edib.