Çıxışlarda Ümummilli Liderimizin şərəfli həyat və fəaliyyətinə nəzər salınıb. Vurğulanıb ki, Ulu Öndər Azərbaycan xalqının kimliyinin, məfkurəsinin formalaşmasında müstəsna rol oynayıb. O da bildirilib ki, Ulu Öndər Heydər Əliyev xalqın təkidi ilə hakimiyyətə qayıtdıqdan sonra azərbaycançılığın tarixən formalaşmış ayrı-ayrı komponentlərini vahid sistem və konsepsiya halına gətirərək onu dövlət idarəçiliyinin elmi-nəzəri əsasına çevirdi.
Ucarda "Heydər Əliyev dühası və qüdrətli Azərbaycan" mövzusunda tədbir keçirilib
31 may 2023, 06:50
Mayın 31-də Ucar şəhər 1 saylı liseydə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Göyçay bölgəsi üzrə şöbəsi və Ucar rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə "Heydər Əliyev dühası və qüdrətli Azərbaycan " mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Göyçay bölgəsi üzrə şöbəsinin əməkdaşı Rauf Nəsirov, Gənclər və İdman İdarəsinin rəis müavini Mirmehdi Heydərov, müəllim və şagirdlər iştirak ediblər .