İyulun 21-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Göyçay regional bölməsi, Ucar Gənclər Evi Sosial Xidmət Müəssisəsi və Ucar Rayon Gənclər və İdman Sektorunun birgə təşkilatçılığı ilə “Əxlaqi dəyərlərin gənclərin sağlam həyat tərzinə verdiyi töhfə” mövzusunda maarifləndirmə tədbiri keçirilib.
Tədbir Ucar Gənclər Evində baş tutub. Görüşdə DQİDK-nın Göyçay regional bölməsinin müdiri vəzifəsini icra edən Əzim Rəfiyev, Ucar Gənclər Evi Sosial Xidmət Müəssisəsinin direktoru Kazım Məmmədov və bölgənin fəal gəncləri iştirak ediblər.
Çıxışlarda əxlaqi dəyərlərin cəmiyyətin inkişafında və gənc nəslin sağlam formalaşmasında mühüm rol oynadığı vurğulanıb. Natiqlər gəncləri milli-mənəvi dəyərlərə sadiq qalmağa, sağlam həyat tərzini seçməyə və maariflənməyə çağırıblar.
Sonda iştirakçıların sualları cavablandırılıb və mövzu ətrafında müzakirələr aparılıb.