Martın 12-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Göyçay regional bölməsinin təşkilatçılığı ilə “Konstitusiya və suverenlik ili” ilə əlaqədar olaraq "Dövlətin suverenliyi və Konstitusiyanın aliliyi prinsipi" mövzusunda tədbir təşkil olunub.
Ucar rayonu Rəstəcə kənd tam orta məktəbində baş tutan tədbirdə Dövlət Komitəsinin Göyçay regional bölməsinin əməkdaşı Rauf Nəsirov, müvafiq qurumların nümayəndələri, müəllim və şagirdlər iştirak ediblər.
Çıxışlarda bildirilib ki, 1995-ci il noyabrın 12 -də Azərbaycan Respublikasının Konstitusiyasının qəbul olunması ilə ölkədə genişmiqyaslı qanunvericilik islahatların əsası qoyulub. Eyni zamanda Vətən müharibəsi və lokal xarakterli antiterror əməliyyatı nəticəsində ölkəmizin suverenliyi və ərazi bütövlüyünün tam bərpa ediliyi, Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsinin bütün ərazilərdə bərqərar olduğu diqqətə çatdırılıb.