Aprelin 18-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ucar bölgəsi üzrə şöbəsi və Ucar rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin birgə təşkilatçılığı ilə “Milli dövlətçiliyin möhkəmlənməsi: Azərbaycançılıq ideologiyası və mənəvi dəyərlərimiz” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev, Ucar rayon Çiyni kənd “Hacı Ağamirzə” məscidi dini icmasının sədri və din xadimi Zaur Eyvazov, rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Bəsirə Abbasova və kitabxananın əməkdaşları iştirak ediblər.
Çıxışlarda qeyd edilib ki, azərbaycançılıq ideologiyası milli dövlətçiliyimizin inkişafında mühüm rola malikdir. Vurğulanıb ki, Azərbaycan xalqının milli inkişaf yolunun və ideologiyasının formalaşması da məhz Ulu Öndər Heydər Əliyevin müstəqil respublikamıza rəhbərliyi dövrünə təsadüf edir. Bildirilib ki, bütün ruhu, qanı, canı ilə özünü azərbaycanlı sayan Ümummilli Lider cəmiyyətin bütövləşməsi, azərbaycançılıq ideologiyasının milli həmrəyliyin aparıcı amilinə çevrilməsi istiqamətində mühüm işlər görərək ümumxalq birliyinin dərin politoloji və nəzəri əsaslarını irəli sürdü.
Tədbir diskussiya şəkilində davam etdirilib.